Azərbaycan şahmatçısı 1/8 finala qələbə ilə başladı
- 12 Avq 2023 21:48
- 344
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasov ağ fiqurlarla Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Saleh Salemlə qarşılaşıb.
Bərabər vəziyyətdə keçən oyunun sonuna doğru Nicat rəqib qarşısında ardıcıl olaraq çətinliklər yaradıb.
Rəqib yaranan təzyiqin qarşısında səhv gediş edib. Beş saat davam edən partiyanın yekununda Saleh Salem 54-cü gedişdə təslim olmağa məcbur olub.
1/8 finalda ilk partiya Nicat Abasovun qələbəsi ilə sona çatıb. Şahmatçılar arasında cavab görüşü sabah keçiriləcək.