
Azərbaycan şahmatçısı beynəlxalq turnirin qalibi olub
- 13:40
- 37
Azərbaycan şahmatçısı Eltac Səfərli İndoneziyada keçirilən beynəlxalq turnirin qalibi olub.
Rekord.az Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçimiz 11 turdan ibarət dairəvi sistemlə keçirilən yarışda bütün rəqiblərini qabaqlayıb.
Son turdakı qələbədən sonra Səfərli xalını 8,5-ə çatdırmaqla birinci pilləni təmin edib.