Azərbaycan şahmatçısı Fransa çempionu oldu
- 10 İyn 2024 16:00
- 461
Azərbaycan şahmatçısı Rauf Məmmədov Fransa çempionu olub.
Rekord.az Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 8 komandanın iştirak etdiyi birincilik 7 turdan ibarət olub.
Rauf Məmmədovun heyətində çıxış etdiyi "Chartres Echecs" 30 xalla bütün rəqiblərini qabaqlayıb. Millimizin üzvü 6 oyunda 2 qələbə qazanıb, 4 dəfə heç-heçəyə razılaşıb. Çempion komandanın kapitanı Fransada yaşayan azərbaycanlı şahmatçı Namiq Quliyev olub.
29 xal toplayan "Bischwiller" ikinci, 27 xala malik "Asnieres le Grand Echiquer" komandası üçüncü yeri tutub.