Azərbaycan şahmatçısı Las Veqasda qalib oldu
- 10 İyn 2024 11:00
- 426
Azərbaycan şahmatçısı Vasif Durarbəyli ABŞ-də keçirilən "Las Vegas International" turnirinin qalibi olub.
Rekord.az xəbər verir ki, 32 yaşlı qrossmeyster bu barədə feysbuk hesabında paylaşım edib.
Durarbəyli 9 oyunda 7,5 xal toplamaqla birinci olub.
O, ötən il eyni yarışda birinciliyi bölüşdürdüyünü xatırladıb və həmin vaxt keyfiyyətin onu qane etmədiyini vurğulayıb: "Bu dəfə həm nəticə, həm də oyunların keyfiyyəti məni sevindirdi".