Azərbaycan şahmatçısı texniki qələbə ilə vahid lider oldu
- 17 Okt 2022 21:40
- 482
İtaliyanın Sardiniya adasındakı gənclər arası dünya çempionatında iştirak edən Azərbaycan şahmatçısı Gövhər Beydullayevaya texniki qələbə verilib.
Rekord.az xəbər veri rki, buna 19 yaşlı qrossmeysterin 6-cı turda qarşılaşdığı hindistanlı Nutakki Priyankanın cibində qulaqcıq aşkarlanması səbəb olub.
Hadisə görüşdən sonra keçirilən ənənəvi yoxlanış zamanı baş verib. Priyanka oyun vaxtı qulaqcıqdan istifadə etməsə də, qaydalara uyğun olaraq, texniki məğlubiyyət alıb və mundialdan kənarlaşdırılıb.
Məhz bu qələbədən sonra Gövhər Beydullayeva 5.5 xalla vahid lider olub. O, ən yaxın izləyicisini 0.5 xal qabaqlayır.