Azərbaycan Savat Millisi Avropa çempionatında 4 medal qazandı
- 04 Sen 2023 16:46
- 446
31 avqust - 2 sentyabr tarixlərində Xorvatiyanın Zaqreb şəhərində Savat idman növünün Assault növü üzrə Avropa çempionatı keçirilib.
"Rekord.az" xəbər verir ki, yığma komandamız bu yarışda 6 idmançı ilə təmsil olunub. Azərbaycan Savat Fedarasiyasının prezidenti Rafiq Əliyev və milli komandanın baş məşqcisi Taleh Nağızadənin rəhbərliyi ilə səfərə yollanan heyətdə Tutu İsmayılova (48 kq), Seymur Şahbazov (56 kq), Həsən Əliyev (60 kq), Ağadədə Əliyev (70 kq), Beyrək Bağırov (75 kq) və Sənan Babazadə (80 kq) yer alıblar.
Millimiz yarışda 4 medalla fərqlənib
Tutu İsmayılova, Həsən Əliyev və Sənan Babazadə bürünc, Seymur Şahbazov isə gümüş medal qazanıb.
Tutu İsmayılova həmçinin Beynəlxalq Olimpiya Komitəsinin iştirakı ilə oktyabr ayında Ər-Riyad şəhərində keçiriləcək Dünya Oyunlarına vəsiqə qazanıb.