Azərbaycan sərbəst güləşçiləri Belarusda təlim-məşq toplanışındadır
- 24 Sen 2024 16:15
- 207
Sərbəst güləş üzrə Azərbaycan millisi Belarusda təlim-məşq toplanışındadır.
Rekord.az xəbər verir ki, Minskdə yerləşən “Stayki” İdman Mərkəzində təşkil olunan hazırlıq prosesində məşqlər yerli komandayla birgə keçirilir.
Yığma ötən həftə Belarusun paytaxtında baş tutan Aleksandr Medvedin xatirə turnirində iştirak etdikdən sonra həmin məkanda toplanışa start verib. Sentyabrın 23-də başlayan hazırlıq prosesi oktyabrın 5-dək davam edəcək.
Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında keçirilən toplanış oktyabrda Albaniyada təşkil ediləcək U-23 və böyüklər arasında dünya çempionatlarına hazırlıq xarakteri daşıyır.