Azərbaycanın sərbəst güləş üzrə U-20 millisi Gürcüstanın Qori şəhərində keçiriləcək “Şxireli Kuboku”nda iştirak edəcək.

Rekord.az xəbər verir ki, yarış sabah start götürəcək.

Ölkəmizi məşqçilər Rövşən Hacıyevlə Nazim Əlicanovun rəhbərliyi altında Vasif Bağırov (57 kq), Camal Abbasov (61 kq), Musa Verdiyev (65 kq), Ramik Heybətov (70 kq), Əhməd Əhmədli (74 kq), Emin Qocayev (79 kq) və Sadiq Mustafazadə (86 kq) təmsil edəcəklər.

İki gün davam edəcək ənənəvi turnirdə beynəlxalq dərəcəli hakimlər Xəzər Allahverdiyevlə Eldar Bayramov ədaləti qoruyacaqlar.