21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Şimali İrlandiya oyununun hakimləri açıqlanıb.

Rekord.az xəbər verir ki, qarşılaşmanı Bolqarıstandan olan hakimlər idarə edəcəklər.

Xatırladaq ki, Azərbaycan – Şimali İrlandiya oyunu oktyabrın 12-də, saat 18:00-da, “Azersun Arena”da keçiriləcək.

Baş hakim: Georgi Davidov
Baş hakimin köməkçiləri: Georgi Doynov, Miroslav Maksimov
Dördüncü hakim: Kristiyan Kolev
(Hakimlər briqadası Bolqarıstandandır)