Azərbaycanın oyun şirkəti olan "Eleven Kings Game" İngiltərənin "Şeffild Yunayted" klubu ilə partnyorluq müqaviləsi imzalayıb.

Rekord.az xəbər verir ki, bu barədə məlumatı kampaniyanın rəhbəri Orxan Rzayev unikal.org-a açıqlamasında deyib.

Şirkət sahibinin sözlərinə görə Premyer Liqa təmsilçisinin sosial media hesablarında "Eleven Kings" oyunu haqda məlumatlar görə biləcəyik:

""Şeffild Yunayted"lə kiçik büdcəli müqavilə imzaladıq. Klubun sosial media hesablarında yayımlanan "Inside United" video-layihəsində "Eleven Kings" sponsor kimi təqdim ediləcək.

Həmçinin "Şeffild Yunayted"in bəzi promo məhsullarında da oyunumuzun reklamı yerləşdiriləcək. İndi klubun "Tottenhem", "Çelsi" kimi komandalarla ev oyunlarında stadionda oyunumuza aid bilbordlar yerləşdirilməsi ilə bağlı danışıqlar aparırıq".