Estoniyanın paytaxtı Tallinndə keçirilən Prezident kubokunda Azərbaycanın daha bir taekvondoçusu fəxri kürsüyə yüksəlib.

Rekord.az xəbər verir ki, 6 kq-da mübarizə aparan Ülvi Məmmədov kiçikyaşlı idmançıların yarışında gümüş medal qazanıb.

Bu nəticə ilə millimizin yarışdakı mükafatlarının sayı 7-yə yüksəlib. Daha əvvəl yeniyetmələrdən ibarət yığma 1 qızıl, 2 gümüş və 3 bürünc medala yiyələnib.