Azərbaycan taekvondoçuları Avropa Oyunlarını 2 medalla başa vurdular
- 26 İyn 2023 17:41
- 360
Bu gün Azərbaycanın daha bir taekvondoçusu - Taleh Süleymanov da Polşada keçirilən 3-cü Avropa Oyunlarında mübarizəyə başlayıb.
Rekord.az xəbər veri rki, 87 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Aleksander Baxmanla (Almaniya) üz-üzə gəlib.
Qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə bitib. Baçman finala vəsiqə qazana bilmədiyi üçün Azərbaycan təmsilçisi təsəlliverici görüşlərə qatılmaq şansını da itirib.
Bununla da Azərbaycan taekvondoçuları üçün Avropa Oyunları başa çatıb.
Xatırladaq ki, taekvondoçulardan Səyyad Dadaşov (54 kq) Polşada gümüş, Qaşım Maqomedov (58 kq) isə bürünc mükafat qazanıb.