Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar
- 25 Apr 2024 18:40
- 544
Azərbaycanın yeniyetmə taekvondoçuları aprelin 26-da Estoniyanın paytaxtı Tallinndə start götürəcək Prezident Kubokunda mübarizə aparacaqlar.
Rekord.az xəbər verir ki, yığmanın baş məşqçisi Rəşad Məmmədov və böyük məşqçi Vurğun Cəfərov yarışda Əli Həsənzadə, Zeynəb Səfərəliyeva, Rüqəyya Əliyeva (hamısı 33 kq), Hüseyn Abbaslı, Anar Abdullazadə, Fatimə Zeynalova, Ləman Manafova, Fatimə İbişova (hamısı 37 kq), Murad Canaliyev, Səid Feyzullayev, Rasif Hacıyev, Məryəm Cəfərova, İnci Muradova (hamısı 41 kq), Gülay Əliyeva (44 kq), Novruz Əliyev (45 kq), Gülnar Rəsulzadə (47 kq), Amirabbas Fazlişahqoli, Ayxan Əhmədli (hər ikisi 49 kq), Çingiz Həsənov (53 kq), Türkan Yuniszadə (55 kq), Gülnaz Abdullayeva (+59 kq) və Sərxan Talıbzadəyə (65 kq) şans verəcək.
Azərbaycan Taekvondo Federasiyasının İdarə Heyətinin üzvü Anar Surxayzadə komandaya rəhbərlik edəcək.
Qeyd edək ki, yarış üç gün davam edəcək.