Azərbaycan taekvondoçuları komanda yarışında 3-cü oldular
- 31 Avq 2023 21:21
- 297
Azərbaycan taekvondoçuları Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında çıxışını başa vurublar.
Rekord.az xəbər verir ki, turnirin sonuncu günündə yığma hesabına daha bir medal əlavə edib.
Komanda yarışında Sankt-Peterburq Lesqafta Universitetinə (Rusiya) 80:45 hesabı ilə qalib gələn milli yarımfinalda Ural Dövlət Bədən Tərbiyəsi Universitetinə (Rusiya) 38:54 hesabı ilə məğlub olaraq bürünc medala yiyələnib.
Beləliklə, baş məşqçi Məmməd Abdullayev və məşqçi Sənan Həşimovun rəhbərlik etdiyi yığma festivalı 6 medalla başa vurub. Daha əvvəl fərdi mübarizədə Səyyad Dadaşov (54 kq) çempion tituluna yiyələnib. Vaqif Hacıyevlə (68 kq) Eltac Qafarov (80 kq) gümüş, Pərviz İskəndərov (63 kq) və Adil Eyvazov (58 kq) isə bürünc medala sahib olublar.