Azərbaycan taekvondoçuları Estoniyanın paytaxtı Tallinndə keçirilən Prezident Kubokunu 12 medalla başa vurublar.

Rekord.az Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın son günündə gənclərdən ibarət milli 5 medal qazanıb.

Komandanın heyətində Gülü Zamanlı (42 kq) bütün rəqiblərinə qalib gələrək, birinci yeri tutub. Yalnız finalda məğlub olan Məhəmməd Həsənli (48 kq) gümüş medala yiyələnib. Seyidxanım Məmmədova (49 kq), Mehdi Budaqlı (45 kq) və Ziya Həsənli (55 kq) üçüncü yeri tutublar.

Bununla da Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla bitiriblər. Daha öncə kiçikyaşlı idmançıların yarışında 1 gümüş mükafat əldə edən komandamız yeniyetmələrin mübarizəsində isə 1 qızıl, 2 gümüş və 3 bürünc medala yiyələnib.