Azərbaycan taekvondoçuları Yakutiyada 6 medal qazanıb
- 28 İyn 2024 23:00
- 192
Azərbaycan taekvondoçuları Saxa Respublikasının Yakutiya şəhərində keçirilən "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında çıxışlarını başa vurublar.
Rekord.az xəbər verir ki, aktivində 4 medal olan milli komandamızın üzvləri bu gün daha 2 medal qazanıblar.
Gənclərdən ibarət yığmamızın heyətində bütün rəqiblərinə qalib gələn Elcan Əliyev (73 kq) fəxri kürüsünün ən yüksək pilləsinə qalxıb.
Nilufer Borji (49 kq) isə Oyunları bürünc medalla başa vurub.
Beləliklə, taekvondoçularımız "Asiya uşaqları"nı 2 qızıl, 1 gümüş və 3 bürünc mükafatla bitirib.
Yarışın ilk günündə Vasif Səlimov (63 kq) birinci yeri tutub. İlyas Hətəmli (48 kq) gümüş, Ziya Həsənli (55 kq) və Fatimə Həsənova (63 kq) isə bürünc medala yiyələniblər.