Azərbaycan taekvondoçusu Olimpiadaya Bakıda hazırlaşır
- 15 İyl 2024 19:45
- 197
Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsini Bakıda davam etdirir.
Rekord.az xəbər verir ki, 58 kq çəkidə mübarizə aparacaq lisenziyaçımız federasiyanın zalında məşq edir.
Toplanışa türkiyəli Ömər Faruk da dəvət edilib. Gənclər arasında Avropa çempionu, Multi Avropa Oyunları, "Spanish Open", "Bosnia Herzegovina Open", "Sofia Open"in qızıl medalçısı, "Turkish Open" və Prezident Kubokunun üçqat qalibi ilə hazırlıq taekvondoçumuzun Paris-2024-də daha uğurlu çıxışına hesablanıb. Akdeniz Oyunlarında da fəxri kürsüdə yer almış qardaş ölkə idmançısı ilə sınaq döyüşləri də keçirilir.