Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurdular
- 07 Sen 2024 22:05
- 162
Azərbaycan təmsilçiləri Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarını 11 medalla başa vurublar.
Rekord.az xəbər verir ki, onlardan 4-ü qızıl, 2-si gümüş, 5-i bürünc əyarlıdır.
İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (T12 kateqoriyası), Orxan Aslanov (T13 kateqoriyası (hər ikisi uzunluğa tullanma) qızıl, Lamiyə Vəliyeva qızıl (100 metr məsafəyə qaçış) və gümüş (400 metr məsafəyə qaçış), Raman Saley gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və 2 bürünc (100 metr məsafəyə sərbəst və "butterfly" üsulla üzmək), Sabir Zeynalov (parataekvondo, 58 kq), Vəli İsrafilov (100 metr məsafəyə brass üsulu ilə üzmək), İlham Zəkiyev (paracüdo, +90 kq) bürünc medala sahib çıxıblar.
Paralimpiada sentyabrın 8-də başa çatacaq.