Azərbaycan təmsilçiləri Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında növbəti mükafatları əldə ediblər.

Rekord.az Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, kəmər (alış) güləşində Əli Ələsgərli (65 kq) və Fidan Bəşirli (55 kq) mükafatçılar sırasına düşüblər.

Onlar müvafiq olaraq gümüş və bürünc medal qazanıblar.