Azərbaycan təmsilçisi 10-cu dəfə Avropa çempionu oldu
- 07 İyn 2024 14:00
- 266
Azərbaycan təmsilçisi Fərhad Rəcəbli veteran cüdoçular arasında Avropa çempionatlarında 10-cu dəfə qızıl medal qazanıb.
Rekord.az xəbər verir ki, o, son olaraq Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yarışda birinci olub.
Çempionatın ilk günündə Azərbaycanı kişilər arasında M5, M6, M7 və M8 yaş kateqoriyası üzrə 7 idmançı ilə təmsil edib.
Fərhad Rəcəbli (90 kq) M8 yaş kateqoriyasında bütün rəqiblərini məğlub edərək qızıl mükafata sahib çıxıb. M7 yaş kateqoriyasında Nazim Əliyev (90 kq), M8 yaş kateqoriyasında isə Vahid Azərpur (66 kq) bürünc medal qazanıblar.