Qadın həndbolçulardan ibarət “Qarabağ” komandası Avropa Kubokunda çıxışını başa vurub.


Rekord.az xəbər verir ki, təmsilçimiz turnirin 3-cü mərhələsində Ukraynanın “Qaliçanka” komandası ilə cavab matçında üz-üzə gəlib.


Mingəçevir şəhərindəki “Kür” Olimpiya İdman Tədris Mərkəzində təşkil olunan qarşılaşma rəqibin qələbəsi ilə bitib - 34:19.


Ötən gün baş tutan ilk görüşdə "Qarabağ" 20:33 hesabı ilə uduzub.