Azərbaycan təmsilçisi Avropa reytinqində sonuncudur
- 26 Dek 2024 16:40
- 49
UEFA qadınlardan ibarət futbol komandalarının reytinq cədvəlini açıqlayıb.
Rekord.az xəbər verir ki, siyahıda Azərbaycan bir komanda ilə ürək açmayan mövqedə qərarlaşıb.
Reytinq cədvəlinə "Barselona" liderlik edir. Lion “Olimpik"i 2-ci, "Çelsi" 3-cüdür.
Reytinqdə təmsil olunan Azərbaycanın yeganə qadın komandası "Neftçi" isə sonuncu - 121-ci yerdədir.
Xatırladaq ki, "Neftçi" bu il mübarizə apardığı Çempionlar Liqasının təsnifat mərhələsində “Sankt-Pölten” (Avstriya) və “Lançxuti”yə (Gürcüstan) uduzaraq mübarizəni erkən başa vurub.
1. “Barselona” (İspaniya) — 126,599 xal
2. “Olimpik” (Lion, Fransa) — 110,199 xal
3. “Çelsi” (İngiltərə) — 102,833 xal
4. “Bayern” (Almaniya) — 88,266 xal
5. PSJ (Fransa) — 82,197 xal
6. "Volfsburq" (Almaniya) - 81,266 xal
7. "Arsenal" (İngiltərə) — 59,833 xal
8. "Real" (İspaniya) — 53,599 xal
9. "Mançester Siti" (İngiltərə) — 47,833 xal
10. "Yuventus" (İtaliya) — 46,600 xal