Azərbaycan təmsilçisi ÇL-ə qələbə ilə başladı
- 06 Sen 2023 22:40
- 303
Minifutbol üzrə Çempionlar Liqasında mübarizə aparan “Birbaşa Bakı” komandası ilk oyununa çıxıb.
Rekord.az xəbər verir ki, rəqib Yunanıstan çempionu “Maqufana” olub.
Qarşılaşma Azərbaycan təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Komanda C qrupundakı növbəti matçlarını sabah "Prestij" (Albaniya) və "Volta"ya (Moldova) qarşı keçirəcək.