Azərbaycan təmsilçisi DÇ-də 9-cu oldu
- 26 Mar 2022 12:29
- 526
Fransada keçirilən dünya çempionatında Azərbaycan təmsilçiləri növbəti dəfə buz üstünə çıxıblar. Martın 25-də Monpelye şəhərində fiqurlu konkisürmə üzrə dünya çempionatında çıxışını davam etdirən atletimiz Yekaterina Ryabova sərbəst proqramda növbəti dəfə öz bacarığını nümayiş etdirib.
Rekord.az xəbər verir ki, Ryabova “Notre Dame de Paris” kompozisiyasının müşaiyəti ilə buz üstünə çıxıb. Münsiflərin qiymətləndirilməsinə əsasən Yekaterina 188.50 xal toplayaraq 9-cu yerdə qərarlaşıb.
Eyni zamanda, martın 25-də digər təmsilçilərimiz Aleksandr Kolosovski və Yekaterina Kuznetsova da buz üstündə rəqs üzrə çıxış ediblər. Cütlük 49.12 xal toplasa da, növbəti mərhələyə yüksəlmə şansını əldən verib.
Fiqurlu konkisürmə üzrə dünya çempionatında iştirak edən təmsilçimiz Vladimir Litvintsevin sərbəst proqram üzrə son çıxışı martın 26-da baş tutacaq.
Fiqurlu konkisürmə üzrə dünya çempionatı martın 27-nə kimi davam edəcək.