Bu yaxınlarda Slovakiyanın Presov şəhərində U-11 komandaları arasında "Fraqaria Cup" turniri keçirilib.

Rekord.az xəbər verir ki, ölkəmizi bu turnirdə EFA (European Football Academy) komandası təmsil edib. 

Komandamızın yer aldığı qrupda "MKS Zory-2" (Polşa), "Zahradne" (Slovakiya), "Kİds Tampa Brasov" (Rumıniya) və "Safi Presov" (Slovakiya) komandaları yer alıb. EFA ilk oyunda "MKS Zory-2"-ə 5:0 hesabı ilə qalıb gəlib. İkinci oyunda isə "Zahradne" ilə 2:2 bərabərə qalıb. "Kids Tampa Brasov"la baş tutan üçüncü qarşılaşmada isə 0:5 hesabı ilə məğlub olub. Qrupdakı son matçında "Safi Presov"u 6:0 hesabı ilə məğlub edən təmsilçimiz final mərhələyə vəsiqə qazanıb. Burada isə 8 ən güclü komanda çempionluq mübarizəsinə başlayıb. Təmsilçimiz  "Gödöllö" (Macarıstan), "Narcis Khust" (Ukrayna), "Tapma Brasov" (Rumıniya)  "MKS Zory-1" (Polşa), "Tatran" (Slovakiya), "Spartak" (Rumıniya), "CFT Academy" (Slovakiya) ilə münasibətlərini aydınlaşdırıb. İlk oyunda "Gödöllö"ya 2:1 hesabı ilə qalib gələn EFA növbəti oyunda "Narcis Khust"la 1:1 oynayıb. Üçüncü qarşılaşmada "Tapma Brasov"a 0:2 uduzan təmsilçimiz ardınca "MKS Zory-1"ə 2:0 hesabı ilə qalib gəlib. 5-ci turda komandamız Slovakiyanın "Tatran" komandasına 1:2 hesabı ilə uduzub. 6-cı turda EFA "Spartak"a 1:2 uduzub. Son turda isə "CFT Academiy" üzərində 4:0 hesablı qələbə qazanıb. Yekunda komandamız final mərhələyə vəsiqə qazanan 8 komanda arasında 10 xal toplayaraq, "Tatran"la 5-6-cı yerləri bölüşüb. Təmsilçimizi 2-ci pillədən cəmi 2 xal geri salıb ki, əgər EFA məğlub olduğu oyunların birindən qalib ayrılsa idi, böyük ehtimalla turniri 2-ci pillədə başa vuracaqdı. İstənilən halda, hansısa Azərbaycan komandasının, özü də uşaq komandasının bu cür turnirlərdə iştirakı, Avropa komandaları ilə gücünü sınaması alqışlanası haldı.