Azərbaycan tennisçiləri erməni rəqibləri üzərində qələbəyə sevindilər
- 19 Sen 2022 20:30
- 415
Gürcüstanın paytaxtı Tbilisidə “Wtt Youth Contender Tbilisi” turnirinə start verilib.
Rekord.az xəbər verir ki, yeniyetmələrdən ibarət Azərbaycan millisi turnirdə həm oğlanların, həm də qızların mübarizəsində təmsil olunur.
Əvvəlcə oğlanların yarışı başlayıb. 17 yaşadək idmançıların mübarizəsinə qatılan Adil Əhmədzadə qrup mərhələsində iranlı Nima Nagavi, qazaxıstanlı Ramazan Nazir və ermənistanlı Narek Stepanyanı məğlub edərək növbəti mərhələyə adlayıb. Onun 1/8 finaldakı rəqibi İran idmançısı Seyedsina Horeyşian olacaq.
13 yaşadək tennisçilərin yarışında mübarizə aparan Onur Quluzadə də etimadı doğruldub. O, qrup turnirində qazaxıstanlı Əli Onov, Birləşmiş Ərəb Əmirlikləri idmançısı Yusef Alhavai və Ermənistan təmsilçisi Mikayel Melkonyan üzərində qələbə ilə 1/8 finala vəsiqə qazanıb.
Sentyabrın 21-dək keçiriləcək yarışda böyük məşqçi Fərhad İsmayılov və məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə Rüstəm Hacılı və Hüseyn Eylazov da bacarığını göstərəcək.