Azərbaycan tennisçiləri növbəti təlim-məşq toplanışında
- 02 Sen 2024 14:30
- 169
Azərbaycanın 2014-cü il və daha kiçik təvəllüdlü stolüstü tennisçiləri növbəti təlim-məşq toplanışına qatılıblar.
Rekord.az xəbər verir ki, Xaçmaz Olimpiya İdman Kompleksində keçiriləcək hazırlıq prosesində 8 oğlan, 8 qız iştirak edir.
Onlar sentyabrın 8-nə kimi məşqçilər Qulu Quliyev, Zakir Cavadov, Məryəm İmanova və Billurə Eminovanın rəhbərliyi ilə bacarıqlarını artıracaqlar. Təlim-məşq toplanışı seçim əsasında formalaşmış heyətin beynəlxalq yarışlara hazırlığı məqsədi ilə təşkil olunub.