Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə daha bir beynəlxalq turnirdə etimadı doğruldub.

Rekord.az xəbər verir ki, qitənin ən istedadlı idmançılarından sayılan Onur Fransanın Mets şəhərində keçirilən “WTT Youth Contender” turnirində qızıl medal qazanıb.

O, məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə qatıldığı yarışın ilk mərhələsində ardıcıl olaraq iki Fransa, Ukrayna və Monqolustan idmançılarına qalib gələrək qrup lideri kimi pley-offa yüksəlib. 1/4 final və yarımfinalda fransalı rəqiblərini mübarizədən kənarlaşdıran stolüstü tennisçimiz finalda İspaniya idmançısına da qalib gələrək “WTT Youth Contender” turnirinin baş mükafatını qazanıb.

Xatırladaq ki, Onur Quluzadə aprelin 24-də Belçikanın Spa şəhərində təşkil olunan anoloji yarışda 3-cü yeri tutmuşdu.