Azərbaycan triatlonçuları beynəlxalq turnirin qalibi olublar
- 09 Okt 2023 11:30
- 463
Azərbaycan triatlon millisinin üzvləri Toğrul Məmmədli və Kseniya Voronina Rusiyada təşkil edilən “İronstar Sprint Sochi Sirus 2023” turnirində birinci yeri tutublar.
Rekord.az Azərbaycan Triatlon Federasiyasına istinadən xəbər verir ki, Məmmədli 16-24 yaş qrupları arasında çempion olub, kişilər arasında mütləq kateqoriyada isə 9-cu pillədə qərarlaşıb.
Voronina da 16-24 yaş kateqoriyasında birinci yeri tutub. O, qadınlar arasında mütləq kateqoriyada bürünc medala yiyələnib.