İndoneziyada qadın voleybolçular arasında müntəzəm çempionatın qalibi bəlli olub. "Rekord.az" xəbər verir ki, bu, heyətində azərbaycanlı "üçlüyün" yer aldığı "Jakarta Pertamina Energy" klubudur.

Millimizin hücumçusu Odina Əliyeva və yığmamızın sabiq üzvü Natalya Məmmədovanın formasını geyindiyi komanda müntəzəm birinciliyin qalibi olmaqla adını "Dördlər finalı"na yazdırıb.