Azərbaycan UEFA reytinqində gerilədi
- 13 Dek 2024 13:25
- 81
Azərbaycan UEFA reytinqində bir pillə geriləyib.
Rekord.az xəbər verir ki, buna "Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsinin 6-cı turunda İsveçdə “Elfsborq”a uduzması (0:1) səbəb olub.
Azərbaycan 19.625 əmsalla 28-ci yerdə qərarlaşıb.
Ötən gün bu turnirdə “Ludoqorets”in Niderlandın “Alkmar” komandası ilə heç-heçə etməsi (2:2) Bolqarıstanın (19.625) Azərbaycana çatması ilə nəticələnib. Əmsallar bərabər olsa da, bolqarlar cari mövsüm əldə olunan nəticələrə əsasən 27-ci sıradadır.
55 ölkənin yer aldığı siyahıya İngiltərə (99.374) başçılıq edir.