![photo](https://www.rekord.az/storage/uploads/5/uefa-10.jpg)
Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırdı
- 20 İyl 2023 10:15
- 258
“Qarabağ” UEFA reytinqində Azərbaycanın aktivinə növbəti xalları yazdırıb.
Rekord.az xəbər verir ki, Ağdam klubu UEFA Çempionlar Liqasının (ÇL) 1-ci təsnifat mərhələsində Cəbəllütariq təmsilçisi “Linkoln”u cavab görüşündə 4:0 hesabı ilə məğlub etməklə buna nail olub.
Hər iki qarşılaşmadakı qalibiyyət sayəsində ölkə reytinqinə 0,500 xal əlavə olunub. Son 5 mövsümdəki ümumi xallarının sayı 14,750-yə çatan Azərbaycan reytinqdə 29-cu pillədə qalıb.
Reytinq siyahısına 88,928 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü yerdə qərarlaşıb.