Azərbaycan UEFA reytinqində yerində saydı
- 13:20
- 28
Çempionlar Liqasının və Avropa Liqasının Liqa mərhələlərində 8-ci turun matçlarından sonra ölkələrin UEFA reytinqi yenilənib.
Rekord.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" Avroliqada ötən gecə "Olimpiakos"a uduzub - 0:3.
Ölkəmizin UEFA reytinqindəki mövqeyi dəyişməyib. Azərbaycan 19,625 xalla 28-ci pillədə qərarlaşır. Cari mövsüm ölkəmizin aktivinə 2,875 xal yazılıb.
“Zirə” və “Qarabağ” hərəyə 1,250, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal qazanıb.
Reytinqə 106,624 xalla İngiltərə liderlik edir.