Azərbaycan - Uels matçı Deniz Aytekinə tapşırıldı
- 13 Noy 2019 17:20
- 872
AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Uels matçına təyinatlar açıqlanıb.
Rekord.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüşü Almaniyadan olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Deniz Aytekin olacaq. Ona yan xətt hakimləri Eduard Beytinger və Rafael Foltın kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kristian Dingert yerinə yetirəcək.
Qarşılaşmanın hakim-inspektoru rusiyalı Sergey Zuyev, UEFA nümayəndəsi isə Niderlanddan olan Mark Bos olacaq.
Noyabrın 16-da, 8-ci km stadionunda keçiriləcək Azərbaycan – Uels oyununa saat 21:00-da start veriləcək.