photo

Azərbaycan - Uels: Mətbuat konfranslarının vaxtı bilindi

  • 2019-11-13 16:00
  • 160

Futbol üzrə Azərbaycan milli komandası AÇ-2020-nin semə mərhələsində Uelslə qarşılaşacaq.

Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, noyabrın 16-da keçiriləcək qarşılaşmadan əvvəl təşkil olunan mətbuat konfransları və açıq məşqlərin vaxtı məlum olub:

15 noyabr

Azərbaycan milli komandası
Saat 19:00. Mətbuat konfransı
Saat 19:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Uels milli komandası
Saat 14:30. Mətbuat konfransı
Saat 15:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Hər iki mətbuat konfransı və məşq oyunun keçiriləcəyi 8-ci km stadionunda təşkil olunacaq.

Noyabrın 16-da keçiriləcək Azərbaycan – Uels matçı saat 21:00-da start götürəcək.

Son xəbərlər