Azərbaycan - Ukrayna: Hakim təyinatları açıqlandı
- 18 Noy 2019 12:41
- 741
21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Ukrayna milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununu idarə edəcək hakimlər müəyyənləşib.
Rekord.az AFFA-ya istinadən xəbər verir ki, matçın baş hakimi Orxan Məmmədov olacaq.
Ona Namiq Hüseynov və Rahil Ramazanov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Rəvan Həmzəzadə yerinə yetirəcək.
Oyun noyabrın 19-da, saat 18:00-da “Dalğa Arena”da start götürəcək.