Azərbaycan üzgüçülərindən DÇ-də 5 medal
- 08 Avq 2023 00:28
- 305
Azərbaycan para-üzgüçüləri İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatını 5 medalla başa vurublar.
Rekord.az xəbər verir ki, mundialda üç idmançı ilə təmsil olunan milli 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.
Roman Saley 100 m məsafəyə sərbəst üsulla üzməkdə qızıl, eyni məsafəyə arxasıüstə üzməkdə gümüş, 50 m məsafəyə sərbəst və 100 m məsafəyə butterflyay üsulla üzməkdə bürünc mükafata yiyələnib. Vəli İsrafilov isə 100 m məsafəyə brass növündə dünya çempionu olub.
Eyni zamanda, Roman Saley və Vəli İsrafilov Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıblar.