Azərbaycan üzgüçüsü 4-cü dəfə DÇ-nin finalında!
- 04 Avq 2023 15:16
- 248
Azərbaycan paraüzgüçüsü Roman Saley İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında 4-cü dəfə finala vəsiqə qazanıb.
Rekord.az xəbər verir ki, üçqat paralimpiya çempionu 100 metr məsafəyə sərbəst üzməkdə 53.60 saniyə nəticə göstərib.
Final yarışı bu gün, Bakı vaxtı ilə saat 21:51-də başlayacaq.
Roman Saley dünya çempionatında artıq 3 medal qazanıb. O, 100 metr məsafəyə arxasıüstə üzməkdə ikinci, eyni məsafədə butterflyay üsulu və 50 metr məsafəyə sərbəst üzməkdə üçüncü yeri tutub.