Azərbaycan üzgüçüsü DÇ-nin finalında
- 03 Avq 2023 15:18
- 290
Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında finala yüksəlib.
Rekord.az xəbər verir ki, idmançı 100 metr məsafəyə brass üzrə üzməkdə 1:12.34 nəticə göstərib.
Final yarışı bu gün, Bakı vaxtı ilə saat 21:06-da başlayacaq.
Xatırladaq ki, Azərbaycanın digər paraüzgüçüsü Roman Saley dünya çempionatında 3 medal qazanıb. O, 100 metr məsafəyə arxasıüstə üzməkdə ikinci, eyni məsafədə butterflyay üsulu və 50 metr məsafəyə sərbəst üzməkdə üçüncü yeri tutub.