Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında gimnastikanın inkişafı və təbliği məqsədilə anlaşma memorandumu imzalanıb.

Rekord.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, memorandumu AGF-nin baş katibi Nurlana Məmmədzadə və Kuba Gimnastika Federasiyasının vitse-prezidenti Yainet Villalta Pena imzalayıblar.

Əməkdaşlığın iki qurum arasında təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğu qeyd edilib.