Azərbaycan və Türkiyə federasiyaları əməkdaşlıq sazişi imzaladılar
- 14 Apr 2023 00:32
- 355
Azərbaycan Qolf Federasiyasının (AGF) prezidenti Rauf Xəlilov və Türkiyə Qolf Federasiyasının (TGF) prezidenti Yıldırım Dəmirörən iki ölkə federasiyaları arasında əlaqələrin inkişafı və möhkəmləndirilməsi məqsədilə əməkdaşlıq sazişi imzalayıblar.
Rekord.az xəbər verir ki, TGF-nin İstanbulda yerləşən ofisində keçirilən imzalanma mərasimində Yıldırım Dəmirören və Rauf Xəlilov, həmçinin Türkiyə Qolf Federasiyası İdarə Heyətinin üzvləri İsmayıl Həsən Akçakayalıoğlu, Murat Karaduman, Serhat Soysal, Azərbaycan Qolf Federasiyasının sədr müavini Anar Əzimov, Azərbaycan Qolf Federasiyasının baş katibi Leyla Abbasova iştirak ediblər.
Əməkdaşlıq müqaviləsi çərçivəsində məşqçi təlimləri, gənclərin inkişaf proqramları, hakim hazırlığı, infrastrukturun inkişafı, oyunçuların beynəlxalq səviyyədə yarışmalarına imkan yaratmaq üçün yarış təşkilatları, ölkədə idmançıların sayının artırılması, texniki məsələlər üzrə qarşılıqlı ekspertiza və digər məsələlərdə birgə işlər keçirilməsi nəzərdə tutulub.
Müqaviləyə əsasən Türkiyə və Azərbaycan hər yaşda olan qolf komandaları arasında bütün kateqoriyalar üzrə xüsusi matçlar və ikili düşərgələr təşkil edəcək.