Azərbaycan və Ukrayna voleybol federasiyaları memorandum imzaladı
- 20 May 2024 09:49
- 311
Azərbaycan Voleybol Federasiyası və Ukrayna Voleybol Federasiyası arasında memorandum imzalanıb. "Rekord.az" xəbər verir ki, Azərbaycan Voleybol Federasiyası (AVF) beynəlxalq əməkdaşlıq çərçivəsində növbəti memorandumu Ukrayna Voleybol Federasiyası (UVF) ilə imzalayıb.
GİN-in Voleybol Mərkəzində baş tutan görüşdə sənədi AVF-nin prezidenti Şahin Bağırov və UVF-nın prezidenti Mixaylo Melnik imzalayıblar.
Memorandum iki ölkənin voleybol federasiyaları arasında əməkdaşlığın genişləndirilməsi və birgə layihələri əhatə edir. Sənəd federasiyalar arasında təcrübə mübadiləsi baxımından da əhəmiyyət daşıyır.