Azərbaycan velosipedçisi beynəlxalq turnirin qalibi oldu
- 09 İyl 2022 15:42
- 454
“Əziz Şuşa” beynəlxalq velosiped yarışında 1-ci mərhələyə yekun vurulub.
Rekord.az xəbər verir ki, Pirallahı rayonunda “Nərəkənd” parkının yaxınlığında 21 km məsafəyə fərdi ötüşmə növündə baş tutan yarışın qalibi Türkiyənin "Sakarya BB Pro Team" kontinental klubunda çıxış edən Azərbaycan millisinin üzvü Elçin Əsədov olub. O, finişə 26 dəqiqə 18 saniyəyə çatıb.
Liderdən 13 saniyə geri qalan yığmanın digər velospiedçisi Musa Mikayılzadə ikinci yeri tutub. Rumıniyanın “Styaua” komandasından Kristian Tsvetkov isə 26,58 dəqiqəlik göstərici ilə üçüncü olub.
Yarışın 2-ci mərhələsi iyulun 10-da keçiriləcək. Bu mərhələ Füzuli Hava Limanından start götürməklə Şuşa şəhərindəki “Qarabağ” otelinin qarşısına qədər davam edəcək. İdmançılar sonuncu gündə 71 km məsafədə qrup ötüşməsində güclərini sınayacaqlar.