Azərbaycanın qadın və kişi voleybolçulardan ibarət yığma komandaları Avropa Çempionatının təsnifatı çərçivəsində sabah meydana çıxacaqlar. "Rekord.az" xəbər verir ki, qadın millimiz seçmə mərhələdə ilk görüşünü keçirəcəyi halda, bu, kişi millimizin son qarşılaşması olacaq. 

D qrupunda yer alan millimiz avqustun 20-də ilk oyununda Gürcüstan kollektivi ilə üz-üzə gələcək. Bakıda Voleybol Mərkəzində baş tutacaq görüşə saat 18:00-da start veriləcək.

Pərviz Səmədovun rəhbərlik etdiyi milli çıxış etdiyi A qrupunda son matçını avqustun 20-də Danimarkaya qarşı keçirəcək. Middelfartda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Bundan əvvəl qrupda keçirdiyi hər üç oyunda məğlub olan komandamız sabahkı görüşün nəticəsindən asılı olmayaraq qitə birinciliyində mübarizəni təsnifat mərhələsində dayandırır.

 

Avropa Çempuionatı, təsnifat mərhələsi

Qadınlar

D qrupu

20 avqust

   18:00 Azərbaycan - Gürcüstan 

Kişilər

A qrupu

   21:00 Danimarka - Azərbaycan