Azərbaycan yığması 9 cavabsız qola üzüldü
- 12 Noy 2023 01:51
- 384
19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, Sloveniyada təşkil olunan matçda millimiz meydan sahibi komanda ilə qarşılaşıb.
Oyun 9:0 hesabı ilə Sloveniya yığmasının xeyrinə başa çatıb.
Millimiz seçmə mərhələdə növbəti oyununu noyabrın 14-də Moldova yığmasına qarşı keçirəcək.