Həndbol üzrə 2026-cı il Avropa çempionatının ilkin təsnifat mərhələsində çıxış edəcək kişilərdən ibarət Azərbaycan milli komandası məşqlərə başlayıb.

Rekord.az xəbər verir ki, "AHF Arena"da təşkil olunan hazırlıq prosesinə 16 idmançı qatılıb.

Məşqlərə yığmanın baş məşqçisi Nasser Salimi və onun köməkçisi Rəşad Hüseynov rəhbərlik edir.

Dekabrın 8-də Gürcüstana yollanacaq milli komanda toplanışın növbəti mərhələsini qonşu ölkədə keçirəcək. Dekabrın 16-dək davam edəcək hazırlıq prosesində “Dostluq” turnirinin təşkili də nəzərdə tutulub.

Xatırladaq ki, Azərbaycan millisi təsnifat mərhələsinə yanvarın 13-də Malta seçməsi ilə oyunla start verəcək. Ertəsi gün Böyük Britaniya yığması ilə görüşəcək həndbollçular yanvarın 15-də Kipr kollektivi ilə üz-üzə gələcək. Oyunlar Bakı İdman Sarayında keçiriləcək.