Azərbaycan yığması Atırauda 3-cü oldu
- 01 May 2023 00:19
- 371
Qazaxıstanın Atırau şəhərində sərbəst güləş üzrə yeniyetmələr (U-17) arasında beynəlxalq turnir keçirilib.
Rekord.az xəbər verir ki, böyük məşqçi Əsgərxan Novruzovla məşqçi Vahid Məmmədovun rəhbərliyi altında yarışa qatılan U-17 millimizin 5 üzvü fəxri kürsüyə qalxıb.
Yusif Dursunov (110 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub.
Eltun Mamedov (45 kq) gümüş Bəşir Verdiyev (51 kq), İsmayıl Rəhimli (71 kq) və Səid Paşayev (92 kq) isə bürünc medal qazanıb.
Yığmamız komanda hesabında 3-cü yeri tutub.