Yeniyetmə stolüstü tennisçilərdən ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının keçiriləcəyi Belqrad şəhərinə yola düşüb.

Rekord.az xəbər verir ki, Serbiyanın paytaxtında keçiriləcək mötəbər yarışda məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Arzu Aslanova, Aylin Əsgərova, Mərziyyə Nurmətova, Adil Əhmədzadə, Hüseyn Eylazov və Onur Quluzadə etimadı doğrultmağa çalışacaq.

Sabah başlanacaq birincilikdə oğlanlardan ibarət komanda E qrupunda Avstriya və Sloveniya seçmələri ilə yarışacaq. Qızlardan ibarət Azərbaycan millisi isə H qrupunda İsveç, Yunanıstan və Monteneqro kollektivləri ilə mübarizə aparacaq.

İdmançılar komanda turniri ilə yanaşı şəxsi, qoşa və qarışıq qoşa yarışlarında da bacarıqlarını göstərəcəklər.

Beynəlxalq dərəcəli hakimlər Könül Mikayılova ilə Zaur Mikayılov da, Avropa çempionatında ölkəmizi təmsil edəcək.

Avropa birinciliyinə iyulun 16-da yekun vurulacaq.