Qadın basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələ oyunları üçün hazırlıqlara start verib.

Rekord.az xəbər verir ki, türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi yığma məşqləri Azərbaycan Texniki Universitetinin idman zalında davam etdirir.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk oyununu noyabrında 9-da səfərdə Litvaya qarşı keçirəcək.