Azərbaycanın 16 yaşlı oğlanlardan ibarət basketbol millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa çempionatının C divizionunda final oyununa çıxıb.

Rekord.az xəbər verir ki, yığmamız həlledici görüşdə Kipr seçməsi ilə qarşılaşıb.

Rəqibinə 75:78 hesabı ilə məğlub olan Azərbaycan gümüş medalla kifayətlənib.

Xatırladaq ki, yarımfinalda komandamız Andorra seçməsini 87:64 hesabıyla yenərək həlledici görüşə vəsiqə qazanmışdı.